Qutsul xalqa müraciət etdi

Dünya

12.08.2025 15:35

Qaqauziya rəhbəri Yevgeniya Qutsul həbsxanadan müraciətində Moldovada prezident Maya Sandu və onun hakim Fəaliyyət və Həmrəylik Partiyasına qarşı mübarizəni davam etdirməyə çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb. 

“Sizin dəstəyiniz bizi motivasiya edir və hazırkı hakimiyyətə və ədalətsizliyə qarşı mübarizəni davam etdirmək üçün güc verir. Mən sizdən aldığım hər səsin haqqını müdafiə edəcəyəm və heç bir günahsız insanın işgəncələrə, alçaldılmağa və bu hakimiyyətə xidmət edən hakimlərin ədalətsiz qərarlarına məruz qalmaması üçün mübarizə aparacağam. Biz birləşsək, məğlubedilməz olarıq. Biz bir xalqıq: qaqauzlar, moldovalılar, ukraynalılar, ruslar, bolqarlar. Mən sizi sevirəm”, - deyə Qutsulun müraciətini Qaqauziya rəhbərinin müşaviri Yuri Kuznetsov həbsxana önündə keçirilən mitinqdə iştirakçılara oxuyub.

Qiymət Mahir 

tag: Qaqauziya ,Yevgeniya Qutsul,Həbsxana,Müraciət,Todaypress.tv,