Qırğızıstan ABŞ-nin viza məhdudiyyətlərinə etiraz etdi
Dünya
12.07.2025 19:00
Bişkekdə keçirilən görüş zamanı Qırğızıstan xarici işlər nazirinin müavini Almaz İmanqaziyev ABŞ-nin ölkə vətəndaşlarına qarşı tətbiq etdiyi yeni viza məhdudiyyətləri ilə bağlı narahatlığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat xəbər yayıb.
Nazir müavini İmanqaziyev ABŞ səfiri Lesli Viqeriyə bildirib ki, viza siyasətindəki dəyişikliklər Qırğızıstan tərəfini ciddi şəkildə narahat edir və bu məsələni konstruktiv və əsaslı şəkildə müzakirə etmək lazımdır.
Görüşün sonunda tərəflər bu məsələ ilə bağlı məsləhətləşmələri davam etdirmək və qarşılıqlı qəbul edilə bilən həll yolları tapmaq barədə razılığa gəliblər.
Qeyd edək ki, daha əvvəl ABŞ Çin vətəndaşlarına tələbə vizalarını ləğv etməyə başlamışdı.
Türkan İsgəndərli
tag: Qırğızıstan,ABŞ,Viza,Çin,Todaypress.tv,