Putin Trampla təkbətək görüş planı qurub?

Dünya

16.05.2025 12:18

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla Ukrayna münaqişəsinin həllinə dair danışıqları Ukrayna rəhbəri Volodimir Zelenskinin iştirakı olmadan keçirməyə nail olub.

TodayPress TV xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

“Putin gələcək danışıqların formatını elə qurub ki, Zelenski istisna olunur, Tramp isə əsas tərəfdaş kimi iştirak edir” deyə materialda qeyd olunur.

Telekanalın iddiasına görə, Tramp Rusiya ilə razılıq müqabilində Ukrayna ərazilərinin bir hissəsinin verilməsinə hazır görünür.

ABŞ dövlət katibi Marko Rubio isə qeyd edib ki, Putin və Tramp arasında keçiriləcək görüşün vaxtı və yeri hələ müəyyən edilməyib. Onun sözlərinə görə, Tramp Putinlə masa arxasına əyləşməyincə, Ukrayna məsələsində heç nə dəyişməyəcək.

Qiymət Mahir

tag: Vladimir Putin,Rusiya,Ukrayna,ABŞ,Donald Tramp,todaypress.tv,