Putin Özbəkistana yeni səfir təyin etdi
Dünya
05.09.2025 14:06
Rusiya Prezidenti Vladimir Putin Aleksey Yerxovu Rusiyanın Özbəkistanda yeni fövqəladə və səlahiyyətli səfiri təyin edib.
TodayPress TV xəbər verir ki, müvafiq fərman hüquqi aktların rəsmi dərc olunduğu internet portalında yayımlanıb.
"Aleksey Vladimiroviç Yerxov Rusiya Federasiyasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin. Hazırkı səfir Oleq Malginov vəzifədən azad edilib", - deyə fərmanda qeyd olunur.
Xatırladaq ki, may ayının əvvəlində Özbəkistan Xarici İşlər Nazirliyi Rusiyadakı əmək miqrantlarına qarşı kobud rəftar hallarının artması ilə bağlı Rusiyanın o zamankı səfiri Oleq Malginovu nazirliyə çağırıb.
Özbəkistan tərəfi bildirib ki, bu cür hallar ölkə vətəndaşlarının hüquq və azadlıqlarını pozur və qanunla qorunmalıdır. Malginovdan bu narahatlıqları Rusiyanın səlahiyyətli orqanlarına çatdırmaq tələb olunub.
Yeni səfir Aleksey Yerxovun bu və digər aktual məsələlər fonunda, ikitərəfli münasibətlərin inkişafında aktiv rol oynaması gözlənilir.
Türkan İsgəndərli
tag: Rusiya,Özbəkistan,XİN,Yerxov,Todaypress.tv,