Putin Lukaşenko ilə telefon danışığı apardı

Dünya

08.02.2026 23:35

Fevralın 8-də Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə telefon danışığı aparıb.

TodayPress TV xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidmətindən "BELTA" xəbər agentliyinə bildirilib.

Məlumata görə, əsas müzakirə mövzusu Birlik Dövlətinin Ali Dövlət Şurasının qarşıdan gələn iclası olub.

Dövlət başçıları görüşün vaxtı və tarixi, gündəliyi və digər hazırlıq məsələlərini müzakirə ediblər. Tərəflər, həmçinin Rusiya və Belarus arasında birgə layihələrə, eləcə də beynəlxalq məsələlərə toxunublar.

Qeyd edək ki, İttifaq Dövlətinin Ali Dövlət Şurası fevralın 25-də Moskvada toplanacaq.

İttifaq Dövlətinin dövlət katibi Sergey Qlazyevin sözlərinə görə, tədbirdə sərhədyanı şəhərətrafı dəmir yolu xidmətinin təşkili müzakirə olunacaq.

Xatırladaq ki, fevralın 2-də İttifaq Dövlətinin Nazirlər Şurasının iclası keçirilib.

Jalə Rövşən

TodayPress TV

tag: Vladimir Putin ,Aleksandr Lukaşenko, Rusiya,Belarus ,Todaypress.tv,