Putin: "AEBA-nın İranın nüvə silahı hazırlamasına dair heç bir sübutu yoxdur"
Dünya
21.06.2025 10:55
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın nüvə silahı hazırlamağa cəhd göstərdiyinə dair heç bir məlumatı yoxdur.
TodayPress TV xəbər verir ki, bu barədə o, "Sky News Arabia" telekanalına verdiyi müsahibədəsində danışıb.
“İran dəfələrlə bəyan edib ki, nüvə silahı əldə etmək niyyətində deyil. AEBA-nın də bu barədə heç bir sübutu yoxdur”, - deyə Putin vurğulayıb.
Rusiya liderinin sözlərinə görə, əgər İsrailin bu məsələdə hər hansı narahatlıqları varsa, onları aradan qaldırmaq mümkündür: “Bu narahatlıqların aradan qaldırılması üçün yollar və imkanlar mövcuddur”.
Putin əlavə edib ki, Rusiya da daxil olmaqla, AEBA-nın heç vaxt İranın nüvə silahı əldə etməyə hazırlaşdığına dair hər hansı sübutu olmayıb. O, bu mövqenin İsrail rəhbərliyinə də çatdırıldığını bildirib.
Töhfə Səməd
tag: Rusiya ,Vladimir Putin,AEBA,İran,Nüvə,todaypress.tv,