Polşanın Belarusla sərhədi bağlaması şirkətlərə ziyan vurur
Dünya
18.09.2025 17:18
Polşa hakimiyyətinin sentyabrın 12-dən etibarən Belarusla bütün sərhəd-keçid məntəqələrini qeyri-müəyyən müddətə bağlaması Avropa İttifaqı ilə Çin arasında quru yoluyla həyata keçirilən ticarətə mənfi təsir göstərə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Bildirilir ki, Belarusla sərhəddə yerləşən Malaşeviçi dəmir yolu terminalı Çindən Aİ-yə yüklərin daşınmasında əsas marşrut hesab olunur. Terminalın illik ticarət dövriyyəsi 25 milyard avrodur.
Məlumata görə, 10 minə yaxın belaruslu sürücü sərhəddə ilişib qalıb və Polşaya daxil ola bilmir. Həmçinin ərzaq və dərman kimi təcili daşınma tələb edən yüklər də bloklanıb. Bu vəziyyət istehsal şirkətlərinə maliyyə itkisi yaradır.
Polşa Daxili İşlər Nazirliyi bildirib ki, sərhəd yalnız təhlükəsizlik vəziyyəti dəyərləndirildikdən sonra açılacaq. Hazırda Terespol sərnişin keçidi və yük daşımaları da daxil olmaqla, bütün sərhəd məntəqələrinin fəaliyyəti dayandırılıb.
Türkan İsgəndərli
tag: Polşa,Belarus,Sərhəd,Çin,Todaypress.tv,