Pezeşkian: “İran ABŞ ilə danışıqları bərpa etməkdə problem görmür”

Dünya

07.07.2025 18:19

Tehran Vaşinqtonla danışıqları bərpa etməkdə problem görmür və hesab edir ki, İran-ABŞ münasibətlərindəki böhran geridə qalmalıdır.

TodayPress TV xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian deyib.

"Biz danışıqları bərpa etməkdə (ABŞ ilə – red.) heç bir problem görmürük", - deyə o, amerikalı jurnalist Taker Karlsonla müsahibəsində deyib.

Müsahibə Karlsonun “X” sosial şəbəkəsindəki səhifəsində dərc olunub.

"Mən dəfələrlə demişəm: biz müharibələr istəmirik, nüvə silahı istehsal etməyə çalışmırıq", - Pezeşkian bildirib.

İran prezidenti həmçinin bəyan edib ki, Tehran amerikalı investorların ölkəyə girişinə maneə yaratmır və bütün məhdudiyyətlər sırf ABŞ-nin sanksiyalar siyasəti ilə bağlıdır.

"ABŞ-dan olan investorların İrana gəlməsinə heç nə mane olmur. Heç vaxt heç bir məhdudiyyət olmayıb - onlara mane olan hər şey bizdən deyil, Amerika sanksiyalarından irəli gəlir", - Pezeşkian deyib.

Nicat Osman

tag: Tehran ,Vaşinqton,İran-ABŞ ,Karlson,Todaypress.tv,