Peskov: "İranda rejim dəyişikliyindən danışmaq qəbuledilməzdir"

Dünya

20.06.2025 16:44

"Rusiya hakimiyyəti İranda rejim dəyişikliyi ilə bağlı istənilən müzakirəni qəbuledilməz hesab edir".

TodayPress TV xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov “Sky News”a açıqlamasında bildirib.

Peskov Qərbdə Tehran rəhbərliyinin dəyişməsi ehtimalı ilə bağlı səsləndirilən fikirlərə sərt reaksiya verib:

“Bu, təsəvvürəgəlməzdir. Belə bir məsələnin açıq şəkildə müzakirə edilməsi belə qəbuledilməz olmalıdır”, – deyə o vurğulayıb.

Kreml rəsmisi, eyni zamanda ABŞ-nin İsrail–İran qarşıdurmasına birbaşa müdaxiləsinin vəziyyəti daha da gərginləşdirəcəyini və regionda sabitliyi pozacağını xəbərdarlıq edib:

“Artıq kifayət qədər gərgin vəziyyət hökm sürür və bu, yalnız region üçün deyil, ümumi dünya sabitliyi üçün də təhlükəlidir. Münaqişənin coğrafiyasının genişlənməsi və iştirakçı sayının artması daha ciddi risklər yaradar”, – deyə Peskov bildirib.

Qiymət Mahir

tag: Kreml,Dmitri Peskov,ABŞ,İran,İsrail,Todaypress.tv,