Pentaqon pilotsuz təyyarələrin istifadəsini artırdı

Dünya

11.07.2025 11:47

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hərbi pilotsuz təyyarələrin istifadəsi ilə bağlı yeni islahatlar həyata keçirəcəyini açıqlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "The War Zone" (TWZ) məlumat yayıb.

Bu islahatlar çərçivəsində dronların satın alınması kəskin şəkildə artırılacaq və onların istifadəsinə yanaşma dəyişdiriləcək.

Məlumata görə, ABŞ ordusu kiçik hücum və kamikadze dronları artıq mürəkkəb hərbi texnika kimi deyil, əl qumbarası kimi “sərf edilə bilən vasitə” kimi qəbul edəcək.

Müdafiə naziri Pit Heqsetin sözlərinə görə, islahatın əsas məqsədi bu tip pilotsuz təyyarələrin daha geniş və çevik istifadəsini təmin etməkdir. Bundan sonra aşağı səviyyəli hərbi komandirlər də müəyyən dron qruplarının alınması üçün birbaşa sorğular verə biləcəklər.

Türkan İsgəndərli

tag: ABŞ,Müdafiə,Pentaqon,PUA,Todaypress.tv,