Pentaqon: Hörmüz boğazının minalardan təmizlənməsi üçün altı ay vaxt lazımdır

Dünya

22.04.2026 23:50

ABŞ Silahlı Qüvvələri Hörmüz boğazının tamamilə minalardan təmizlənməsi üçün altı aya qədər vaxt tələb oluna biləcəyini hesab edir.

TodayPress TV xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Qəzetin həmsöhbətlərinin sözlərinə görə, bu qiymətləndirməni Pentaqonun yüksək rütbəli nümayəndəsi ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində mətbuata qapalı keçirilən brifinq zamanı səsləndirib. Brifinqdə etiraf olunub ki, boğaz sularının minalardan təmizlənməsi üzrə hər hansı əməliyyata, çox güman ki, hərbi əməliyyatlar başa çatmadan başlamaq mümkün olmayacaq.

Nəşrin məlumatına görə, silahlı münaqişənin mənfi fəsadları 2026-cı ilin sonuna qədər dünya iqtisadiyyatına təsirini davam etdirəcək.

Aysel Mətləb

TodayPress TV

tag: Pentaqon,ABŞ,Hörmüz,Mina,TodayPress TV,