Paşinyan Papa XIV Leo ilə görüşdü

Dünya

20.10.2025 17:57

Ermənistanın Baş naziri Nikol Paşinyan Müqəddəs Taxt-Taca səfəri çərçivəsində Papa XIV Leo ilə görüş keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Görüş zamanı tərəflər regional vəziyyəti, Ermənistan və Azərbaycan arasında sülh prosesini, həmçinin humanitar məsələləri müzakirə ediblər. Papa XIV Leo regionda sülh istiqamətində atılan addımları alqışlayıb və bunun əməkdaşlıq və sabitlik üçün yeni imkanlar yaradacağına ümid etdiyini bildirib.

Paşinyan isə Ermənistan hökumətinin ölkədə və regionda sülh və inkişaf gündəliyinə sadiq qaldığını vurğulayıb.

Papa Müqəddəs Taxt-Tac ilə Ermənistan arasında sıx əlaqələrin mövcudluğunu vurğulayıb və bu münasibətlərin inkişafında Venesiya mexitarist icmasının rolunu xüsusi qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Paşinyan,Papa,Roma,Ermənistan,Todaypress.tv,