Paşinyan Azərbaycana görə hər kəsi qarşısına aldı

Paşinyan Azərbaycana görə hər kəsi qarşısına aldı
25.06.2026 14:59 Dünya

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin regional tranzit qovşağına çevrilməsinin vacibliyini növbəti dəfə bəyan edib.

TodayPress TV xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasında çıxış edərkən deyib.

Ermənistanın regional layihələrdə aktiv rol almalı olduğunu qeyd edən Baş nazir bildirib:

"Biz daim deyirik ki, Ermənistan tranzit qovşağına çevrilməlidir. Ölkəmiz üzərindən nə qədər çox yük və kommunikasiya axını keçərsə, Ermənistanın iqtisadi və siyasi çəkisi, eləcə də təhlükəsizlik səviyyəsi bir o qədər artar."

Paşinyan, eyni zamanda, regional kommunikasiyaların açılmasına və Ermənistanın tranzit potensialının artırılmasına qarşı çıxan daxili və xarici qüvvələri tənqid edib. O, bu mövqeyi tutanların Ermənistanın münaqişə dalanında qalmasını istədiklərini diqqətə çatdırıb.

Jalə Rövşən



XƏBƏR LENTİ
25 IYUN 2026
Bütün Xəbərlər