Bakıda səfərdə olan Qalibafın təyyarəsindəki o mesaj - FOTO

Bakıda səfərdə olan Qalibafın təyyarəsindəki o mesaj - FOTO
24.06.2026 10:10 Gündəm

Paytaxt Bakı mühüm beynəlxalq tədbirə — İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının yubiley, yəni 20-ci sessiyasına ev sahibliyi edir.

İslam dünyasının parlamentlərarası əlaqələrinin inkişafı baxımından böyük önəm daşıyan bu mötəbər konfransda iştirak etmək üçün İslami Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.


Hava limanında iranlı yüksək vəzifəli rəsminin gəldiyi təyyarənin gövdəsində yazılmış “MERAJ” sözü  diqqətdən qaçmayıb.

Ərəb mənşəli söz  “nərdivan”, “pilləkən” və ya “yuxarı qalxma vasitəsi” mənalarını versə də, İslam tarixində dərin dini-mənəvi rəmzi mənaya malikdir.

Belə ki, bu termin İslam peyğəmbəri Həzrət Məhəmmədin Məkkədəki Məscidül-Həramdan Qüdsdəki Məscidül-Əqsaya gecə səyahətini, yəni İsra hadisəsini və ardınca oradan səmanın qatlarına, İlahi hüzura fiziki və ruhani yüksəlişini təcəssüm etdirir.


Bakıda keçirilən bu sessiya çərçivəsində fəal müzakirələr aparacaq iranlı spikerin səfərinin həm Azərbaycanla İran arasında ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə, həm də regiondakı parlament diplomatiyasının güclənməsinə mühüm töhfə verəcəyi gözlənilir. 

Jalə Rövşən

XƏBƏR LENTİ
24 IYUN 2026
Bütün Xəbərlər