Paşinyan: “Avqust Ermənistan üçün firavan həyatın başlanğıcı oldu”

Dünya

23.08.2025 10:45

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, 2025-ci ilin avqustu ölkə üçün yeni dinc və firavan həyatın başlanğıcını qoyub.

TodayPress TV xəbər verir ki, Paşinyan bu barədə “Telegram” kanalında paylaşım edib. 

Onun sözlərinə görə, ölkədə sülhün bərqərar olması həm gündəlik qayğı, həm də institusional əsas kimi qəbul edilməlidir: 

“2025-ci ilin avqustu Ermənistan Respublikası üçün dinc və firavan həyatın başlanğıc nöqtəsi oldu. Bu münasibətlə hər kəsi təbrik edirəm”.

Baş nazir əlavə edib ki, 1990-cı ildə qəbul edilən Müstəqillik Bəyannaməsi həmin dövrün siyasi və intellektual elitasının kollektiv duyğularını əks etdirib. Lakin onun ideoloji müddəalarının ziddiyyətli olması Ermənistan cəmiyyətində Sovet dövründən miras qalmış kollektiv vətənpərvərlik modelini təkrar istehsal edib. Paşinyanın fikrincə, bu sosial psixologiya müstəqil dövlətin formalaşmasını çətinləşdirib.

O, həmçinin vurğulayıb ki, Qarabağ hərəkatının davam etdirilməsi Ermənistanın müstəqilliyinin ləğvi demək olardı. Paşinyan hazırkı hökumətin əsas strategiyasını – Azərbaycanla sülh və Türkiyə ilə dialoqu – ölkənin yeganə düzgün yolu kimi qiymətləndirib.

Qiymət Mahir

tag: Paşinyan,Ermənistan,Baş nazir,Paylaşım,Todaypress.tv,