Orpo: "Trampın Rusiyaya qarşı sanksiyaları yumşaltmaq cəhdi yanlış istiqamətdir"
Dünya
07.06.2025 14:45
Finlandiyanın Baş naziri Petteri Orpo bildirib ki, ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyaların yumşaldılmasına çalışması yanlış addımdır.
TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri administrasiyadakı mənbələrə istinadən yazıb.
Məlumata görə, Tramp administrasiyası ABŞ Senatında müzakirəyə çıxarılması planlaşdırılan sanksiyalar paketini zəiflətmək niyyətindədir.
Jurnalın yazıb ki, administrasiya Respublikaçı senator Lindsi Qrehemi hazırladığı qanun layihəsindəki bəzi ifadələri yüngülləşdirməyə və əlavə istisnalar etməyə çağırıb.
Baş nazir Orpo isə hesab edir ki, senator Qrehemin hazırladığı paket çox güclüdür və ABŞ-nin bu paketi tez bir zamanda olduğu kimi qəbul etməsi vacibdir.
“İndi qərarlar verilməlidir. Biz Putini danışıqlar masasına oturtmalıyıq”, - deyə Orpo vurğulayıb.
O əlavə edib ki, Avropa İttifaqı (Aİ) da öz növbəsində bu istiqamətdə əzmlə çalışır və məsələ iyunun sonunda keçiriləcək Aİ sammitində müzakirə olunacaq.
Məlumata görə, ABŞ administrasiyası yeni sanksiyaları, o cümlədən Rusiya hakimiyyət strukturlarının əsas fiqurlarına qarşı tətbiq etməyi planlaşdırır.
Töhfə Səməd
tag: Finlandiya,Baş nazir,Petteri Orpo,ABŞ ,Donald Tramp,Rusiya,todaypress.tv,