Orban Aİ-dən Ukrayna əleyhinə sanksiyalar tələb etdi

Dünya

15.07.2025 16:54

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqı rəhbərliyindən insan hüquqlarının pozulmasına görə Ukraynanın sanksiya siyahısına salınmasını tələb edib.

TodayPress TV xəbər verir ki, bu barədə Orban sosial şəbəkədə açıqlama verib.

Onun sözlərinə görə, Macarıstan hökuməti Brüsseldə Avropa İttifaqının insan hüquqları üzrə sanksiya siyahısına, ukraynalı rəsmilər daxil edilməlidir: onlar bir macar vətəndaşının ölümünə görə məsuliyyət daşıyır.

Söhbət Ukraynanın Zakarpatya vilayətində baş vermiş insidentdən gedir. 45 yaşlı macar vətəndaşı Yojef Şebeştent məcburi səfərbərlik çərçivəsində mikroavtobusa mindirərək çağırış məntəqəsinə aparıblar və orada dəmir çubuqlarla döyüblər. Aldığı xəsarətlər nəticəsində kişi vəfat edib.

Hadisə ilə əlaqədar Macarıstan Xarici İşlər Nazirliyi Ukraynanın Budapeştdəki səfirini izahat verməyə çağırıb.

Macarıstan xarici işlər nazirinin müavini Levente Madyar bildirib ki, kişi döyüşlərdə iştirakdan imtina etdiyinə görə vəhşicəsinə döyülüb. Diplomat bu hərəkətləri “dəhşətli və qəbuledilməz” adlandıraraq mərhumun ailəsinə başsağlığı verib.

Qiymət Mahir

tag: Ukrayna,Macarıstan,Vikor Orban,Aİ,Todaypress.tv,