Nigeriyanın sabiq prezidenti vəfat etdi

Dünya

13.07.2025 21:45

Nigeriyanın keçmiş prezidenti Mühəmmədu Buxari Londondakı klinikada vəfat edib.

TodayPress TV xəbər verir ki, bu barədə onun köməkçisi Qarba Şehu sosial şəbəkə "X"də məlumat yayıb. 

Bildirilib ki, ailəsi ölüm xəbərini bu gün günorta saatlarında açıqlayıb. Buxari 82 yaşında dünyasını dəyişib.

Nigeriya prezidenti Bola Tinubunun mətbuat katibi Bayo Onanuga bildirib ki, dövlət başçısı Buxarinin cənazəsini vətənə müşayiət etmək üçün vitse-prezident Kaşim Şettimanı Britaniyaya göndərəcək. Tinubu mərhumun həyat yoldaşı Aişa Buxari ilə əlaqə saxlayaraq başsağlığı verib.

Mühəmmədu Buxari 17 dekabr 1942-ci ildə anadan olub. 1983-cü ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gəlib və iki il ölkəni idarə edib. 2015-ci ildə prezident seçilib və 2019-cu ildə yenidən bu posta seçilib.

Qiymət Mahir

tag: Nigeriya,Mühəmmədu Buxari,Nigeriya prezidenti,Dünya xəbəri,TodayPress TV,