Netanyahu: "Qəzzada beynəlxalq qüvvələrin tərkibinə İsrail qərar verəcək"
Dünya
27.10.2025 09:41
İsrail ABŞ Prezidenti Donald Trampın planına uyğun olaraq, atəşkəsi təmin etmək üçün Qəzza zolağına yerləşdirilə biləcək beynəlxalq qüvvələrin tərkibini özü müəyyən etmək niyyətindədir.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, İsrailin Baş nazir Benyamin Netanyahu bəyan edib ki, İsrail hansı xarici qüvvələrin Qəzzada beynəlxalq missiyada iştirakına icazə veriləcəyinə qərar vermək hüququnu özündə saxlayacaq. Bu qərar Donald Tramp administrasiyasının təklif etdiyi atəşkəs planı çərçivəsində qəbul edilir. Onun sözlərinə görə, İsrailin mövqeyi Vaşinqtonla həmfikirdir.
Bildirilib ki, Ağ Ev Amerika hərbçilərinin göndərilməsini istisna etsə də, missiyanın tərkibi ilə bağlı İndoneziya, BƏƏ, Misir, Qətər, Türkiyə və Azərbaycanla danışıqlar aparılır.
Aysel Mətləb
tag: İsrail ,HƏMAS,Qəzza ,Netanyahu,Todaypress.tv,
