Netanyahu ƏMR ETDİ: "Təhlükəsizlik artırılmalıdır"

Dünya

22.05.2025 10:48

İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin dünya üzrə diplomatik nümayəndəliklərində təhlükəsizlik tədbirlərinin artırılmasına göstəriş verib.

TodayPress TV xəbər verir ki, o, bu barədə "X"dakı səhifəsində yazıb.

Baş nazir, iki israilli diplomatın Vaşinqtonda Yəhudi Muzeyi yaxınlığında qətlə yetirilməsinə belə cavab verib.

Qeyd olunur ki, Netanyahu İsrailin ABŞ-dəki səfiri Yeşel Layter ilə danışıqlar aparıb və hadisənin təfərrüatları ilə bağlı ondan dərhal yenilənmiş məlumatlar alıb. Nazir, həmçinin ABŞ-nin baş prokuroru Pam Bondi ilə də danışıb.

"Biz antisemitizmin və İsrail dövlətinə qarşı vəhşi təhriklərin dəhşətli bədəlinin şahidi oluruq. İsrailə qarşı qanlı böhtanlar getdikcə güclənir və buna qarşı sona qədər mübarizə aparılmalıdır" deyə siyasətçi vurğulayıb.

Töhfə Səməd

tag: İsrail,Baş nazir,Benyamin Netanyahu,ABŞ,Todaypress.tv,