Merts Meloni-Makron gərginliyini yumşaltmağa çalışıb
Almaniya kansleri Fridrix Merts İtaliyanın Baş naziri Corca Meloninin ABŞ ilə Ukrayna üzrə koordinasiya edən Avropa liderləri qrupundan kənarda qalmasından sonra yaranan diplomatik gərginliyi yumşaltmağa cəhd edib.
TodayPress TV xəbər verir ki, bu barədə The “Financial Times” məlumat yayıb.
Gərginlik Fransa prezidenti Emmanuel Makronun Meloninin əsgər göndərməkdən imtina etdiyinə görə qrupdan çıxarıldığı bəyanatını təkzib etməsi ilə daha da artıb. Makron onun yalan informasiya yaydığını bildirib və Ukraynaya qoşun göndərilməsinin müzakirə mövzusu olmadığını vurğulayıb.
Nəşr yazır ki, Merts mayın 17-də Meloni ilə görüşərək vəziyyəti “yumşaltmağa” çalışıb. Tərəflər razılaşıblar ki, İtaliya Ukraynada bütün Avropa sülh təşəbbüslərində müəyyən rol oynamalıdır”.
Qiymət Mahir
tag: Almaniyaa,Kansler,Fridix Merts,Corca Meloni,Emmanuel Makron,todaypress.tv,