Meksikada daşqınlar nəticəsində ölənlərin sayı 48 nəfərə çatdı
Dünya
12.10.2025 20:40
Meksikada daşqınlar nəticəsində ölənlərin sayı 48-ə çatıb, minlərlə insan təbii fəlakətdən zərər çəkib.
TodayPress TV xəbər verir ki, bu barədə "El Universal" rəsmi məlumatlara istinadən məlumat yayıb.
Qeyd edilir ki, İdalqo ştatında 22, Verakrusda 15, Pueblada 10, Keretaroda bir nəfər ölüb.
Oktyabrın 6-dan 9-dək Verakrus (540 mm), Puebla (487 mm), San-Luis-Potosi (298 mm), İdalqo (245 mm) və Keretaro (232 mm) ştatlarında güclü yağışlar qeydə alınıb.
İdalqoda 150 yaşayış məntəqəsinin ətraf ərazilərlə əlaqəsi kəsilib, infrastrukturun dağılması zərərçəkənlərə yardımın göstərilməsinə mane olur.
Pueblanın şimalında azı 80 min insan təbii fəlakətdən zərər çəkib.
Beş ştatda 320 386 müştəri elektriksiz qalıb. Ən böyük ziyan evlərə, məktəblərə, səhiyyə mərkəzlərinə və yollara dəyib.
Türkan İsgəndərli
tag: Meksika,Fəlakət,Daşqın,Torpaq sürüşməsi,Todaypress.tv,
