Medinski: "Rusiya ukraynalı uşaqlarla bağlı siyahını qəbul edib"

Dünya

04.06.2025 19:30

Rusiyanın prezidenti Vladimir Putinə oğurlanmış ukraynalı uşaqlardan ibarət siyahı təqdim edilib. 

TodayPress TV “RİA”ya istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Vladimir Medinski məlumat verib. 

Bildirilib ki, siyahı 2 iyun tarixində İstanbulda keçirilmiş danışıqlar zamanı Ukrayna nümayəndə heyəti tərəfindən təqdim olunub.

Medinski bildirib ki, Rusiya tərəfi siyahını qəbul edib və bu məsələ ilə bağlı araşdırma aparılır. O, əlavə edib ki, bu tip humanitar mövzular tərəflər arasında dialoqun davam etdirilməsində mühüm yer tutur.

Qeyd edək ki, Ukrayna tərəfi Rusiyanı minlərlə uşağı qeyri-qanuni şəkildə öz ərazisinə aparmaqda ittiham edir. Moskva isə bu ittihamları rədd edir və uşaqların təhlükəsizlik məqsədilə müvəqqəti yerləşdirildiyini bildirir.

Qiymət Mahir

tag: Rusiya,Ukrayna,Vladimir Putin,Uşaq,todaypress.tv,