Mattarella: “Avropa sülh və əməkdaşlıq nümunəsi olmalıdır”
Dünya
07.07.2025 18:15
İtaliya Prezidenti Sercio Mattarella Zaqrebdə Xorvatiya prezidenti Zoran Milanoviçlə görüşüb. Onlar Avropa İttifaqı, regional təhlükəsizlik və iki ölkə arasında əməkdaşlığı müzakirə ediblər.
TodayPress TV xəbər verir ki, Mattarella Avropa İttifaqının sülhü qorumaq üçün nümunəvi mövqe sərgilədiyini deyib:
“Avropa təhlükəsizliyi əməkdaşlıqla təmin etməyə çalışan bir qurumdur. Bu yanaşma digər ölkələr üçün də örnək ola bilər”.
O bildirib ki, İtaliya ilə Xorvatiya arasında əlaqələr güclüdür və hazırkı gərgin beynəlxalq şəraitdə bu əməkdaşlıq daha da önəmlidir:
“Yeni əməkdaşlıq formatlarına ehtiyac var”.
Mattarella əlavə edib ki, İtaliya və Xorvatiya Qərbi Balkanların Aİ-yə inteqrasiyasının daha da sürətlənməsinin tərəfdarıdır.
Xorvatiya prezidenti Milanoviç isə Aİ-nin sülh layihəsi olduğunu xatırladaraq bildirib:
“Aİ bu gün əvvəlki qədər stabil deyil, amma regionda əməkdaşlıq və qonşuluq üçün önəmli rol oynayır”.
Mattarella səfər çərçivəsində Baş nazir Andre Plenkoviç, parlament sədri Qordan Yandrokoviç və Xorvatiyadakı italyan icmasının nümayəndələri ilə də görüşəcək.
Qiymət Mahir
tag: İtaliya,Mattarela,Avropa,Nümunə,Todaypress.tv,