Mask partiya yaratmaq planını dayandırdı

Dünya

20.08.2025 09:58

Amerikalı milyarder İlon Mask öz siyasi partiyasını yaratmaq planını müvəqqəti olaraq dayandırıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb.

O, Respublikaçılar Partiyasının seçicilərini özündən uzaqlaşdırmamaq və ABŞ-nin vitse-prezidenti Ceyms Devid Venslə dostluğunu qorumaq istəyir. 

Maskın 2028-ci il prezident seçkilərində Vensə maliyyə dəstəyi verə biləcəyi bildirilir. Həmçinin qeyd olunur ki, o, Tramp və digər respublikaçıların kampaniyasına indiyədək təxminən 300 milyon dollar xərcləyib.

Xatırladaq ki, Mask iyul ayında Amerika Partiyası adlı yeni siyasi təşkilat yaratdığını açıqlamışdı. O, bu partiyanın gələcək prezident seçkilərində hər hansı bir namizədi dəstəkləyə biləcəyini deyib. Hazırda isə əsas diqqətini ABŞ Konqresində keçiriləcək ara seçkilərə yönəltmək istəyir.

Türkan İsgəndərli

tag: İlon Mask,Amerika,Partiya,Dollar,Todaypress.tv,