Markus Söder: "Polisə dronları dərhal vurmaq səlahiyyəti verilməlidir"
Dünya
03.10.2025 15:33
Almaniyanın Bavariya əyalətinin Baş naziri Markus Söder pilotsuz uçuş aparatlarına (PUA) qarşı sərt tədbirlər görülməsini tələb edib.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, o, polisə dronları dərhal vurmaq səlahiyyətinin verilməli olduğunu bildirib.
Söder, həmçinin Almaniyada İsrailin “Dəmir günbəzi”nə bənzər müdafiə sistemi qurulmasının vacibliyini vurğulayıb.
Siyasətçinin sözlərinə görə, ölkənin hərbi obyektlərini və infrastrukturunu qorumaq üçün effektiv hava qalxanı lazımdır və Bavariya bununla bağlı qanun layihəsi hazırlayır.
Eyni zamanda, “Politico” yazıb ki, Avropa Komissiyası rəhbəri Ursula Fon der Lyayen Şərqi Avropada “dron divarı” yaratmaq ideyası Aİ daxilində birmənalı qarşılanmayıb. Baltik ölkələri və Polşa bu təşəbbüsü dəstəkləsə də, Rusiyadan uzaqda olan ölkələr layihənin məqsədəuyğunluğu və yüksək xərcləri ilə bağlı şübhələrini bildiriblər.
Jalə Rövşən
tag: Almaniya,Bavariya,Dron hücumu,TodayPressTV,
