"Əl-Cəzirə": Qərbin sanksiyaları insan ölümünə səbəb olur
Dünya
05.09.2025 14:07
"ABŞ və Avropa İttifaqının Qlobal Cənub ölkələrinə qarşı tətbiq etdiyi birtərəfli sanksiyalar 38 milyon insanın ölümünə səbəb olub".
TodayPress TV xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Araşdırmaya əsasən, 1970–2021-ci illər ərzində sanksiyalar altında olan ölkələrdə ölüm halları hərbi münaqişələrdən daha çox qeydə alınıb. Əsasən sanksiyalar səbəbindən qida, dərman və tibbi xidmətlərə çıxış məhdudlaşıb, bu da milyonlarla insanın həyatına son qoyub.
Məlumata görə, 1990-2000-ci illərdə hər il orta hesabla 30-a yaxın ölkə Qərb sanksiyaları altında olub. Sanksiyalar əsasən hökumətlərə təzyiq məqsədi ilə tətbiq edilsə də, əslində əhalini vurub.
Nəşr qeyd edir ki, bu rəqəm müharibələrdə ölənlərin sayını dəfələrlə üstələyir.
Türkan İsgəndərli
tag: ABŞ,Avropa,Sanksiya,Təzyiq,Todaypress.tv,