Macarıstan Ukraynanın Aİ-yə üzvlüyünə qarşı çıxmaq hüququnu bəyan etdi

Dünya

04.10.2025 18:25

Macarıstanın Ukrayna ilə ittifaqda olmaq istəməmək hüququ var. 

TodayPress TV xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban “Hetek” portalına müsahibəsində bildirib .

O qeyd edib ki, hazırda Avropa İttifaqının ( Aİ) 24-ə yaxın üzvü Ukraynanı regional birliyə qəbul etmək arzusunu ifadə edir.

"Nəhayət, sual ondan ibarətdir ki, macarların ukraynalılarla birlikdə Aİ-də olmaq istəməmək hüququ varmı? Düşünürəm ki, bizim bu hüququmuz var, çünki biz üzvyük, onlar isə üzv deyillər", - baş nazir bildirib.

Onun sözlərinə görə, Macarıstan nə Avropa Birliyi, nə də NATO vasitəsilə hərbi baxımdan Ukrayna ilə bağlı olmaq istəmir.

Qeyd edək ki, bundan əvvəl Orban Aİ-ni Rusiyadan qorxmamağa çağırıb.

Orxan Saffari

TodayPress TV

tag: Macarıstan, Orban, Ukrayna, Aİ,Todaypress.tv,