Kurioz: Nobelə layiq görüldü, xəbəri yoxdur...
Dünya
07.10.2025 13:14
Tibb üzrə Nobel mükafatı laureatlarından olan Fred Ramsdell, ABŞ-nin Aydaho dağlarında texnologiyadan uzaqda yaşadığı üçün hələ də mükafat aldığını bilmir.
TodayPress TV məlumat verir ki, bu barədə “The Guardian” yazıb.
Fred Ramsdell immun sisteminin fəaliyyəti ilə bağlı mühüm kəşflərinə görə ABŞ-nin Sietl şəhərindən Meri Brankov və Yaponiyanın Osaka Universitetindən Şimon Sakaquçi ilə birlikdə Nobel mükafatına layiq görülüb.
Lakin Nobel Komitəsi Ramsdellə zəfərini çatdıra bilməyib. Səbəb isə onun Aydaho dağlarında texnologiyadan uzaq şəraitdə olmasıdır. Dostu və həmkarı, laboratoriyanın həmtəsisçisi Ceffri Blueston bildirib ki, özü də onunla əlaqə qura bilməyib:
“Mən ona özüm zəng etməyə çalışdım. Düşünürəm ki, o, hazırda Aydaho ştatında bel çantası ilə təbiətdə gəzir”, – deyə Blueston açıqlama verib.
Komitə eyni zamanda vaxt fərqi səbəbindən digər laureat Meri Brankovla da əlaqə qurmaqda çətinlik çəkib. ABŞ-nin Qərb sahili Stokholmdan doqquz saat geridə olduğu üçün əlaqə gec baş tutub, lakin sonda Brankova zəfəri çatdırılıb.
Qeyd edək ki, Nobel Komitəsinin laureatlarla vaxtında əlaqə saxlaya bilməməsi yeni hal deyil. Belə ki, 2020-ci ildə Nobel İqtisadiyyat mükafatı laureatları Bob Vilson və Pol Milqromla da oxşar çətinlik yaşanmışdı. Zəngə cavab verməyən Vilsonun yerinə həyat yoldaşına zəng olunmuş, daha sonra Vilson şəxsən Milqromu oyadaraq mükafat xəbərini çatdırmışdı.
Nicat Osman
tag: Nobel,Mükafat,Fred Ramsdell,ABŞ,Todaypress.tv,
