KİV: Trampın planı büdcəyə zərbə vurur
Dünya
14.07.2025 15:54
ABŞ prezidenti Donald Trampın vergi endirimləri və borc limitinin artırılmasını nəzərdə tutan yeni qanun layihəsi ölkə daxilində ayrı-ayrı ştatların büdcələrinə mənfi təsir göstərir.
TodayPress TV xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Məqalədə qeyd olunur ki, Trampın “bir böyük gözəl qanun layihəsi” adlandırdığı sənəd bir sıra sahələrdə vergi güzəştləri və dövlət xərclərində azalmaları əhatə edir. Lakin bu azalmalar nəticəsində səhiyyə, ərzaq yardımı, təhsil, ictimai təhlükəsizlik və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün ayrılan vəsaitlər ştatların üzərinə düşür.
Vaşinqtondakı respublikaçılar aşağı gəlirli vətəndaşlara yardımı kəsərək məsuliyyəti ştatlara ötürürlər. Nəticədə, yerli Respublikaçı və Demokrat qubernatorlar “itirilmiş milyardlarla federal dolları necə əvəzləmək” barədə yollar axtarırlar.
Bu dəyişikliklər 2026-cı ildə yenidən seçiləcək təxminən 20 ştat qubernatoruna birbaşa təsir edəcək.
Qanun layihəsi müdafiə sahəsinə ayrılan vəsaitlərin artırılmasını, o cümlədən “Qızıl Qübbə” raketdən müdafiə sisteminin yaradılmasını, həmçinin sərhəd nəzarətinin gücləndirilməsini nəzərdə tutur. Bu isə digər sosial sahələrdəki xərclərin hesabına həyata keçirilir.
Türkan İsgəndərli
tag: ABŞ,Tramp,Borc,Respublikaçı,Todaypress.tv,