Kilsədə qeyri-insani hərəkət
Dünya
15.10.2025 17:23
Vatikanın Müqəddəs Pyotr Bazilikasında üçüncü dəfə vandalizm hadisəsi baş verib.
TodayPress TV "Haber Global"a istinadən xəbər verir ki, hadisə zamanı bir kişi baryerləri aşaraq Berninin baldaçını qoruyan əraziyə daxil olub və qurbangahda təbii ehtiyacını ödəməyə cəhd edib.
Bazilika rəsmiləri saniyələr ərzində müdaxilə edərək hadisənin qarşısını alıblar. Şəxs Kosovo vətəndaşı olub və Vatikan Jandarmiyası tərəfindən saxlanaraq İtaliya hakimiyyətinə təhvil verilib. Psixi sağlamlıq problemlərinin rol oynayıb-oynamadığı araşdırılır.
Papa hadisəyə xüsusi mərasimlə reaksiya verib və mərasim başa çatana qədər Müqəddəs Pyotrun məqbərəsində ayinlərin keçirilməməsini xahiş edib. Bazilika rəhbərliyi bildirir ki, hadisə zamanı hər hansı ziyan aşkar edilməyib və təhlükəsizlik tədbirləri artırılıb.
Xatırladaq ki, oxşar vandalizm hadisələri əvvəllər də baş verib. Fevral ayında Rumıniya vətəndaşı qurbangahın üzərinə çıxaraq lampaları təpikləyib, iyun ayında isə bir şəxs qurbangahda çılpaq görünərək siyasi tələb irəli sürüb. Hər iki hadisədə reparasiya mərasimi keçirilmişdi.
Jalə Rövşən
tag: Vatikanın Müqəddəs Pyotr Bazilikası,Kilsə,Təbii-ehtiyac,Papa ,Todaypress.tv,
