Kelloq-Lukaşenko görüşünün ilk detalları açıqlandı

Dünya

21.06.2025 16:07

ABŞ Prezidenti Donald Trampın Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kit Kelloq Belarusun paytaxtı Minskdə Prezident Aleksandr Lukaşenko ilə görüş keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Belarus prezidentinin mətbuat xidməti yayıb.

Görüş Belarusun paytaxtındakı Müstəqillik Sarayında baş tutub.

“Ümid edirəm ki, söhbətimiz səmimi və açıq olacaq. Əks halda, görüşməyin nə mənası var? Əgər bir-birimizə qarşı hiyləgərlik etsək, nəticə əldə edə bilmərik”, - deyə Lukaşenko görüşün əhəmiyyətini vurğulayaraq bildirib.

Öz növbəsində, Kelloq isə qonaqpərvərliyə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirib.

Görüş zamanı Lukaşenko Kelloqun təhlükəsizliyinə zəmanət verdiyini və regionda eskalasiyaya imkan verilməyəcəyini bəyan edib.

Xatırladaq ki, Kit Kelloqun Belarus lideri ilə görüşü, Rusiya-Ukrayna arasında danışıqlara yeni impuls vermək məqsədi daşıdığı bildirilir. Görüşün gündəliyi barədə əlavə təfərrüatlar açıqlanmayıb.

Töhfə Səməd

tag: ABŞ ,Donald Tramp,Ukrayna ,Kit Kelloq ,Belarus,Aleksandr Lukaşenko,todaypress.tv,