Karapetyanın vəkilləri Ermənistan Baş prokurorluğuna müraciət etdi

Dünya

28.07.2025 17:05

Rusiyalı iş adamı Samvel Karapetyanın vəkilləri onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı Ermənistanın Baş Prokurorluğuna və digər prokurorluq orqanlarına rəsmi vəsatət təqdim ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə iş adamının vəkillərindən biri Aram Vardevanyan özünün sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, Samvel Karapetyanın həbsi həm əsassız, həm də qanunsuz hesab edilir:

"Bu gün Baş Prokurorluğa və digər səlahiyyətli orqanlara vəsatət məktubları göndərilib. Aydın görünür ki, Karapetyanın uzun müddət saxlanması qanuni əsaslara söykənmir və bu vəziyyət prokurorluq tərəfindən aradan qaldırılmalıdır", – deyə Vardevanyan qeyd edib.

Qeyd edək ki, iş adamı Samvel Karapetyan bir müddət əvvəl İrəvanda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onun saxlanma səbəbləri ilə bağlı rəsmi açıqlama verilməyib.

Nicat Osman

tag: Samvel Karapetyan,Məhkəmə,Müraciət,Vəkil,Todaypress.tv,