İtlərlə bağlı məşhur mif təkzib edildi

Dünya

19.07.2025 15:40

İtlər insanın davranışlarını müşahidə edərək onunla bağlı müsbət və ya mənfi fikir formalaşdırmır.

TodayPress TV xəbər verir ki, bunu “Animal Cognition” jurnalında dərc olunan yeni tədqiqatın nəticələri göstərir.

Tədqiqat çərçivəsində 40 ev iti üzərində eksperiment aparılıb. Əvvəlcə itlərə bir nəfərin başqa bir iti yeməklə bəxş etdiyini, digər şəxsin isə yemək verməkdən imtina etdiyini göstəriblər. Daha sonra itlər bu iki insanla birbaşa ünsiyyətə giriblər.

Alimlər heyvanların hansı insanı ilk seçdiyini, hər biri ilə nə qədər vaxt keçirdiyini, yaxınlaşmaq və ya yemək almaq cəhdi göstərib-göstərmədiyini analiz ediblər. Nəticələr göstərib ki, itlər səxavətli insanı digərlərinə nisbətən üstün tutmayıb. Onların davranışları hər iki insana qarşı eyni olub.

Alimlər bildirirlər ki, bu fərqsizlik birbaşa ünsiyyətdən sonra belə dəyişməyib. Bu isə o deməkdir ki, itlər bu şəraitdə insanın hərəkətlərini gələcək potensial fayda ilə əlaqələndirərək “reputasiya” yaratmırlar.

Tədqiqatçılar gələcəkdə müxtəlif təcrübəyə malik itlər – məsələn, xidməti, polis və ya küçə itləri ilə də oxşar eksperiment aparmağı planlaşdırırlar. Məqsəd bu qabiliyyətin həyat şəraiti və təlimlə əlaqəli olub-olmadığını müəyyən etməkdir.

Töhfə Səməd

tag: İtlər ,İnsanlar,Davranış,Reputasiya,Tədqiqatçılar ,Todaypress.tv,