İsveçrə ABŞ ilə milyardlıq müqavilələri ləğv edə bilər

Dünya

07.08.2025 14:34

ABŞ Prezidenti Donald Trampın İsveçrə mallarına tətbiq etdiyi yeni 39%-lik gömrük rüsumları bu ölkədə siyasi gərginliyi artırıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Nəticədə, Bern hökumətinə ABŞ-dən "F-35" qırıcılarının alınması üzrə müqaviləyə yenidən baxılması ilə bağlı ciddi siyasi təzyiqlər göstərilir.

Mübahisəli müdafiə sazişi ABŞ-nin "Lockheed Martin" şirkətindən 7,3 milyard İsveçrə frankı (təxminən 9,1 milyard ABŞ dolları) dəyərində "F-35" döyüş təyyarələrinin alınmasını nəzərdə tutur.

Müxalif və iqtidar partiyalarından olan siyasətçilər hesab edirlər ki, ABŞ-nin iqtisadi sanksiyalar şəklində atdığı bu addım İsveçrənin belə irimiqyaslı müdafiə alışları ilə ziddiyyət təşkil edir.

“Ticarətdə bizə qarşı daş atan bir ölkə bizdən hədiyyə almamalıdır”, -  deyə İsveçrə Yaşıllar Partiyasının nümayəndəsi Baltazar Qlattli məsələ ilə bağlı bildirib. 

Töhfə Səməd

tag: İsveçrə,ABŞ,Müqavilə,Ləğv,Todaypress.tv,