İstanbul danışıqlarında güllər rəmzi məna daşıyır

Dünya

16.05.2025 17:06

5

“Rusiya və Ukrayna nümayəndələrinin İstanbulda keçirdiyi danışıqlarda zalda yerləşdirilən gül kompozisiyası təsadüfi deyil, bu çiçəklər danışıqlara rəmzi olaraq ümid, sülh və sədaqət mesajı verir”.

TodayPress TV xəbər verir ki, bu barədə rusiyalı florist Natalya İvaşina “Lenta.ru”ya danışıb.

Onun sözlərinə görə, zalda yerləşdirilən qırmızı və ağ güllər gözəllik və təntənəni simvolizə edir. Eyni zamanda, danışıqlarda yer alan eustoma çiçəkləri (yunanca “gözəl dodaqlar” mənasında) həm dialoqun özünü, həm də sədaqət və qeyri-adilik anlayışını təcəssüm etdirir.

“Kompozisiyada yer alan hiperikumun – yəni xalq arasında məlum olan zöhrəbinin ağ giləmeyvələri uğur, sədaqət, nikbinlik və işıq rəmzidir. Cineraariya isə qədim əfsanəyə görə xoşbəxtlik və uğur gətirən çiçək sayılır” deyə florist vurğulayıb.

İvaşina çiçəklərin rənglərinin də rəmzi mənalar daşıdığını bildirib: qırmızı – həyat gücü, gözəllik və cəsarət; yaşıl – sakitləşdirici təsir; ağ və gümüşü rənglər isə – həqiqət və qanunla assosiasiya olunur.

Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndələri arasında Türkiyənin vasitəçiliyi ilə aparılan danışıqlar İstanbulun Dolmabaxça sarayında keçirilib. 

Qiymət Mahir

tag: İstanbul,Rusiya,Ukrayna,Natalya İvaşina,todaypress.tv,