İsrail hökuməti baş prokurorun vəzifədən azad olunmasına səs verdi
Dünya
05.08.2025 10:55
İsrail hökuməti korrupsiya ittihamları ilə bağlı Baş nazir Benyamin Netanyahunun əleyhinə araşdırma aparan baş prokuror Qali Baxarav-Miaranın vəzifədən azad olunmasına səs verib. Bu qərar ölkədə ciddi siyasi mübahisələrə səbəb olub.
TodayPress TV xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Bildirilib ki, Netanyahunun başçılıq etdiyi hökumət Qali Baxarav-Miaranın vəzifədən kənarlaşdırılmasına yekdilliklə qərar verib. Nəşrin yazdığına görə, bu, İsrail tarixində baş prokurorun vəzifədən azad olunması ilə bağlı keçirilən ilk hökumət səsverməsidir.
Məqalədə qeyd olunur ki, bu addım dərhal tənqidlərə səbəb olub.
Lakin İsrail Ali Məhkəməsi hökumətin bu addımını dərhal dayandıraraq Baxarav-Miaranın səlahiyyətlərini qoruyub saxlamasına qərar verib.
Qiymət Mahir
tag: İsrail ,Netanyahu,Qali Baxarav-Miara,Dünya,Todaypress.tv,