İspaniya parlamenti İsrailə silah embarqosu tətbiq etdi

Dünya

10.10.2025 10:26

İspaniya parlamenti İsrailə silah embarqosu qoyan qanun layihəsini təsdiqləyib.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir Pedro Sançesin təqdim etdiyi layihə 178 lehinə, 169 əleyhinə səslə qəbul olunub.

Qanuna əsasən, İsrailə hərbi texnika və texnologiyanın ixracı və idxalı, eləcə də döyüş təyyarələri üçün aviasiya yanacağının tranziti qadağan edilir. Həmçinin Qəzza və İordan çayının qərb sahilindəki qeyri-qanuni yəhudi məskənlərində istehsal olunan məhsulların reklamına da məhdudiyyət qoyulub.

Layihə sol partiyalar, Kataloniya və Bask millətçilərinin dəstəyi ilə qəbul edilib, sağçı Xalq Partiyası və Vox tərəfindən rədd edilib.

İspaniya hökuməti artıq 2023-cü ilin oktyabrında İsraildən silah alışı və satışını dayandırmışdı. Ötən il ölkə Fələstini dövlət kimi tanıyan dövlətlər sırasına da qoşulmuşdu.

Jalə Rövşən

TodayPress TV

tag: İspaniya ,Silah embarqosu ,İsrail,Pedro Sançes,Todaypress.tv,