İranda bəhai təriqətinə mənsub iki qadın fəal həbs edildi
Dünya
08.10.2025 17:29
İranın Kərəc və Şiraz şəhərlərində islam dininin bəhai təriqətinə mənsub iki qadın fəal – Röya Sabit və Nahid Bəhruzi ağır həbs cəzasına məhkum edilib.
TodayPress TV İran KİV-ə istinadən xəbər verir ki, Beynəlxalq Bəhai İcmasının məlumatına görə, Röya Sabit 25 il, Nahid Bəhruzi isə 5 il azadlıqdan məhrum edilib.
Röya Sabit “İsrail vətəndaşları və qurumları ilə əməkdaşlıq etmək”, “ölkənin təhlükəsizliyinə zidd hərəkətlər planlaşdırmaq” və “islam qanunlarına zidd məzhəb təbliğatı aparmaq” ittihamları ilə 25 il həbs cəzası alıb.
Nahid Bəhruzi isə “bəhai icmasına üzv olmaq” və “islam qanunlarını pozan təbliğat fəaliyyəti aparmaq”da günahlandırılaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İranda 300 mindən çox bəhai yaşayır, lakin İran Konstitusiyası bu dini təriqəti rəsmən tanımır. İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən, bəhai icmasına mənsub şəxslər ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılır.
Jalə Rövşən
tag: İran , Bəhai təriqəti, Röya Sabit ,Nahid Bəhruzi ,Todaypress.tv,
