İran Rusiya ilə Strateji Tərəfdaşlıq Sazişini təsdiqlədi
İran parlamenti (Məclis) Rusiya ilə imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi barədə qanun layihəsini təsdiqləyib.
TodayPress TV xəbər verir ki, bu barədə İranın "İRNA" xəbər agentliyi məlumat yayıb.
Səsvermədə iştirak edən 212 deputatdan 191-i sənədin lehinə, 8-i əleyhinə səs verib, 3 deputat isə bitərəf qalıb.
Sazişin qüvvəyə minməsi üçün sənədin İran Konstitusiyasının Mühafizə Şurası tərəfindən ölkənin konstitusiya və şəriət qanunlarına uyğunluğunun təsdiqlənməsi tələb olunur.
Qeyd edək ki, Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi 2025-ci il yanvarın 17-də İran prezidenti Məsud Pezeşkianın Moskvaya rəsmi səfəri zamanı imzalanıb. Sənəd iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, o cümlədən təhlükəsizlik, müdafiə və regional-koordinasiya sahələrində sıx əməkdaşlığı nəzərdə tutur.
Qanun layihəsi mayın əvvəlində İran parlamentinə təqdim edilib.
Türkan İsgəndərli
tag: İran,Rusiya,Saziş,Tərəfdaşlıq,todaypress.tv,