Çin ABŞ təyyarələrini təhlükə kimi qiymətləndirdi
Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinin Erkən Xəbərdarlıq Akademiyasının analitikləri ABŞ-nin "B-52 Stratofortress" strateji bombardmançısını müasir "F-35 Lightning II" qırıcısından daha böyük təhlükə kimi qiymətləndiriblər.
TodayPress TV xəbər verir ki, bu barədə "The National Interest" nəşri məlumat yayıb.
Araşdırmada qeyd olunub ki, Soyuq Müharibə dövrünə aid "B-52" təyyarəsi ABŞ-nin hava hücum əməliyyatlarında mühüm rol oynayır və Çin donanması ilə quru hədəfləri üçün ciddi təhlükə yaradır.
Tədqiqatçılar bu təyyarənin böyük faydalı yük daşıma qabiliyyəti və uzun uçuş məsafəsinin onu beşinci nəsil qırıcıların gizlilik üstünlüklərindən daha strateji etdiyini bildiriblər.
Analitiklər Çin ordusunu erkən xəbərdarlıq sistemlərini və hava hücumundan müdafiə infrastrukturunu təkmilləşdirməyə çağırıblar.
Türkan İsgəndərli
tag: Çin,ABŞ,Bombardman,təyyarə,todaypress.tv,