İran: ABŞ zərbələri Fordo nüvə obyektinə ciddi ziyan vurub
Dünya
02.07.2025 12:06
İranın xarici işlər naziri Abbas Əraqçi "CBS News" telekanalına müsahibəsində bildirib ki, ABŞ-nin son hava zərbələri nəticəsində Fordodakı nüvə obyektləri ciddi və əhəmiyyətli dərəcədə”zədələnib.
TodayPress TV xəbər verir ki, nazir hazırda İslam Respublikasının Atom Enerjisi Təşkilatının zərərin qiymətləndirilməsi və texniki analiz apardığını deyib:
“Hazırda dəqiq olaraq Fordoda nə baş verdiyini heç kim bilmir. Lakin əlimizdə olan məlumata görə, obyektlər ciddi zədələnib. Təşkilat qiymətləndirmə işlərini tamamladıqdan sonra hesabat hökumətə təqdim olunacaq”.
Əraqçi qeyd edib ki, yalnız texniki analizdən sonra obyektlərin yenidən işə salınıb-salınmayacağı məlum olacaq. O həmçinin əlavə edib ki, İranda dini baxımdan nüvə silahı istehsalına qadağa qoyulub.
Qiymət Mahir