Hindistan Rusiyadan neft idxalını azaltdı

Dünya

24.10.2025 06:54

Hindistan ABŞ Prezidenti Donald Trampın çağırışına cavab olaraq Rusiya neftinin idxalını azaldıb.

TodayPress TV xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinq zamanı açıqlama verib.

Livitt bildirib ki, Hindistan ABŞ Prezidentinin xahişinə əsasən Rusiyadan neft alışını azaldıb və Vaşinqton indi eyni addımı Avropa ölkələrindən və digər müttəfiqlərdən də gözləyir.

“Prezident Tramp Rusiya neftinə tələbatı azaltmaq üçün beynəlxalq tərəfdaşlarımızla sıx işləyir. Hindistan artıq bu istiqamətdə mühüm addım atıb,” – deyə Livitt vurğulayıb.

Digər tərəfdən, “Reuters” agentliyinin məlumatına görə, Hindistanın əsas neft emalı müəssisələri ABŞ-nin Rusiyanın iki iri enerji şirkətinə qarşı tətbiq etdiyi yeni sanksiyalardan sonra Rusiya neftinin idxalını ciddi şəkildə azaltmağa hazırlaşır.

Aynur TAC

TodayPress TV


tag: Neft, Hindistan, Tramp, Rusiya, todaypress.tv,