Həbs qalmaqalları: Britaniyada yüzlərlə məhbus səhvən azad edilib
Dünya
25.10.2025 19:45
Böyük Britaniyada səhvən azad edilən məhbusların sayında həyəcan verici artım müşahidə olunur.
TodayPress TV xəbər verir ki, "Sky News"un hökumət statistikasına istinadən verdiyi məlumata görə, 2024-cü ilin martından 2025-ci ilin martına qədər 260-dan çox insan səhvən azad edilib.
Bu da əvvəlki illə müqayisədə 128% artım deməkdir.
Təqdim olunan məlumatlara görə, 233 məhkum cəzaçəkmə müəssisələrindən, daha 29 məhkum isə məhkəmə zalından qanunsuz olaraq azad edilib.
Bu rəqəmlər cinsi cinayətlərdə təqsirli bilinən efiopiyalı mühacir Haduş Kebatunun səhvən sərbəst buraxılması ilə bağlı səs-küylü qalmaqal fonunda dərc edilib.
Sözügedən məsələ ölkədə ictimai qəzəb və etirazlara səbəb olub. Kebatunun hadisəsi onun deportasiyasına hazırlıq zamanı baş verib.
Qeyd edək ki, sentyabrın 23-də Chelmsford Magistrates Məhkəməsi Kebatunu 14 yaşlı qıza və qadına cinsi təcavüz etdiyinə görə bir il müddətinə azadlıqdan məhrum edib. Daha sonra o, deportasiya olunmaq üçün Daxili İşlər Nazirliyinin əməkdaşlarına təhvil verilib.
Təhvil-təslim zamanı Kebatu yoxa çıxıb. Esseks polisinin məlumatına görə, o, Londona qaçıb.
Onun daha əvvəl saxta sənədlərlə mühafizəçiləri aldadaraq həbsxanadan qaçdığı bildirilir.
tag: Britaniya,Həbs,Qalmaqal,Məhbus,Todaypress.tv,
