Hakan Fidan Putinlə görüşəcək

Dünya

26.05.2025 10:26

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiyaya səfərinin ilk günü çərçivəsində Rusiya prezidenti Vladimir Putin, prezidentin köməkçisi Vladimir Medinski və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə görüşlər keçirməsi planlaşdırılır.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı "TASS" agentliyinə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə verib.

“Xarici işlər naziri Hakan Fidan 26 may tarixində Rusiya Federasiyasına səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul olunmağı, həmçinin prezidentin köməkçisi Vladimir Medinski və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə görüşlər keçirməyi planlaşdırır. 27 may tarixində isə onun Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü nəzərdə tutulub” deyə mənbə bildirib.

Həmçinin qeyd olunub ki, Hakan Fidan Rusiya-Türkiyə İş Adamları Birliyinin idarə heyətinin üzvləri ilə də görüşməyi planlaşdırır.

Töhfə Səməd

tag: Türkiyə,XİN,Hakan Fidan,Rusiya ,Vladimir Putin,todaypress.tv,