Gürcüstanda küçə aksiyalarına hüquqi məhdudiyyətlər tətbiq olunacaq
Dünya
07.10.2025 12:48
Gürcüstanda aksiya zamanı küçələrin bağlanması ilə bağlı qanun pozuntularına qarşı hüquqi tədbirlər görüləcək.
TodayPress TV Gürcüstan KİV-ə istinadən xəbər verir ki, qanuna əsasən, Gürcüstan parlamentinin üzvü Tengiz Şarmanaşvili küçənin bağlanmasına yalnız iştirakçıların səkiyə sığmayacaq qədər çox olduğu hallarda icazə verildiyini, ancaq bu qanuna tam əməl olunmadığını bildirib.
“Biz artıq buna dözməyəcəyik. Qanuna tabe olmaqla bağlı xəbərdarlıqlara məhəl qoyulmur. Müvafiq hüquqi addımlar atacağıq”, – deputat əlavə edib.
Ötən gün Baş nazir İrakli Kobaxidze də müsahibəsində ölkədə toplantıların keçirilməsinin məhdudlaşdırıla biləcəyini istisna etməyib.
Onun sözlərinə görə, küçəni bağlayan az sayda insan ölkədə əmin-amanlıq və inkişaf istəyən 4 milyon insana qarşı zorakılıq edir.
“Belə davam edə bilməz, biz buna artıq yol verməyəcəyik”, – Kobaxidze qeyd edib.
Jalə Rövşən
tag: Gürcüstan,Aksiya,Məhdudiyyət,Tengiz Şarmanaşvili,Todaypress.tv,
