Fransa NATO qoşunlarının daşınmasında çətinliklərlə üzləşir

Dünya

04.10.2025 12:55

Fransa NATO-nun alyansın şərq sərhədi boyunca hərbi mövcudluğunu gücləndirmək planları fonunda qoşun və texnikanın daşınmasında çətinliklərlə üzləşir. 

TodayPress TV xəbər verir ki,  bu bardə "Defence News” məlumat yayıb.

Xüsusilə hərbi konvoyun qonşu dövlətlərin ərazisindən keçməsi üçün icazənin alınması hazırda on günlər çəkir ki, bu da Avropa İttifaqının müəyyən etdiyi beş günlük müddətdən xeyli artıqdır, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, sentyabrın əvvəlində Fransa prezidenti Emmanuel Makron atəşkəsdən sonra 26 ölkənin Ukraynaya silahlı qüvvələrini yerləşdirməyi öhdəsinə götürdüyünü  açıqlayıb. 

Qərar Parisdəki Yelisey sarayında keçirilən “istəklilər koalisiyası”nın iclasında qəbul edilib.

Orxan Saffari

TodayPress TV

tag: Fransa,NATO,Ordu,Daşıma,Todaypress.tv,