Fransa Le Penin seçki qadağasına baxılma tələbini rədd etdi
Dünya
15.10.2025 20:15
Fransanın Dövlət Şurası “Milli Birlik” Partiyasının lideri Marin Le Penin seçkilərdə iştirakını qadağan edən hüquqi müddəalara yenidən baxılması ilə bağlı müraciətini rədd edib.
TodayPress TV xəbər verir ki, bu barədə ali inzibati məhkəmənin rəsmi bəyanatında bildirilib.
Bəyanatda qeyd olunur ki, Dövlət Şurası Le Penin tələbini təmin etməyib, çünki şikayətin qəbul edilməsi mövcud qanunvericiliyə dəyişikliklər tələb edir və bu, qurumun səlahiyyətlərinə daxil deyil. Eyni zamanda Şura Le Penin petisiyasını Konstitusiya Şurasına da yönləndirməyib.
Qeyd edək ki, Le Pen 2026-cı ildə parlament köməkçiləri işi üzrə apellyasiya məhkəməsi öncəsi bu qərarı dəyişməyə çalışırdı. Paris məhkəməsi martın 31-də həmin işlə bağlı siyasətçini 4 il müddətinə azadlıqdan məhrum etmişdi.
Hazırda qüvvədə olan qadağa Marin Le Penin seçkilərdə namizəd kimi iştirakına və təşviqat aparmasına mane olur.
Türkan İsgəndərli
tag: Fransa,Le Pen,Seçki,Məhkəmə,Todaypress.tv,
