Fransa evtanaziyanı qanuniləşdirir

Dünya

18.05.2025 15:25

Fransa prezidenti Emmanuel Makron sağalmaz xəstəlik hallarında evtanaziyanın (insanın könüllü şəkildə həyatına son qoyulması) qanuniləşdirilməsi ilə bağlı ümumxalq referendumu keçirməyi təklif edib. O bildirib ki, bu cür vacib qərarı xalq özü verməlidir.

TodayPress TV xəbər verir ki, qanun layihəsi cəmiyyətdə mübahisələrə səbəb olub. 

Daxili İşlər Naziri Bruno Retaillo evtanaziyanın insan dəyərlərinə zidd olduğunu deyib və əvəzində palliativ xidmətlərin (ağrı və əzabları yüngülləşdirən tibbi yardım) genişləndirilməsini təklif edib.

Səhiyyə naziri Ketrin Vautrin isə evtanaziyanı dəstəkləyib və bunu dözülməz ağrılar içində yaşayan insanlar üçün bir çıxış yolu adlandırıb.

Qeyd edək ki, Evtanaziya artıq Belçika, Hollandiya, Kanada, Yeni Zelandiya kimi ölkələrdə qanuniləşdirilib. Bəzi ölkələrdə bu prosedur məhdudiyyətlərlə tətbiq edilir, bəzilərində isə daha geniş icazə verilir.

Türkan İsgəndərli

tag: Fransa,Makron,Evtanaziya,Qanun,todaypress.tv,