Fil Dişi Sahilində vəba epidemiyası: 7 nəfər öldü

Dünya

06.06.2025 14:40

Fil Dişi Sahilinin paytaxtı Abicanın cənub qəsəbəsində 45 nəfər vəba epidemiyasına yoluxub, 7 nəfər isə həyatını itirib.

TodayPress TV "Xinhua"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi cümə axşamı açıqlama yayıb.

Qurumun məlumatına görə, sahilboyu yerləşən Vridi Akobrakre kəndində yayılan epidemiya artıq nəzarət altına alınıb.

“Səhiyyə qruplarımız ardıcıl dörd gündür yeni yoluxma qeydə almayıb. Bu, vəziyyətin nəzarətə alındığını göstərir”, - deyə Milli İctimai Gigiyena İnstitutunun baş direktoru professor Kuadio Daniel Ekra mətbuat konfransında bildirib.

Professor qeyd edib ki, bütün ölüm halları epidemiyanın ilk iki günü ərzində baş verib. Ölənlərin beşi mayın 25-də qeydə alınıb.

Hadisəyə təcili reaksiya verən Səhiyyə Nazirliyi pulsuz tibbi yardımın təşkili, əhalinin içməli su ilə təmin olunması və yerli sakinlərə gigiyena dəstlərinin paylanması kimi tədbirlər görüb.

Qiymət Mahir

tag: Vəba,Yoluxma,Xəstəlik,Virus,todaypress.tv,